
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Qaynarinfo.az xəbər verir ki, Azərbaycan çempionları "Kəpəz"lə "Neftçi" azarkeşlərinə görə cəzalandırılıb.
Belə ki, Azərbaycan Premyer Liqasının XXXIV turunda "Kəpəz" - "Neftçi" matçının 49, 80 və 90-cı dəqiqələrində gəncəli azarkeşlər tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2 min manat cərimə olunub.
XXXV turun "Neftçi" - "İnter" matçının 73-cü dəqiqəsində isə "ağ-qaralar"ın azarkeşləri qadağan olunmuş pirotexniki vasitələrdən istifadə edib. Buna görə "Neftçi" 1000 manat cərimə ödəyəcək.
Qaynarinfo.az