Xəbər lenti

Azərbaycan cüdoçusu erməni idmançıya qalib gəldi
İdman13:31 24.02.2018

Azərbaycan cüdoçusu erməni idmançıya qalib gəldi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan cüdoçusu Rüstəm Orucov Almaniyanın Düsseldorf şəhərində keçirilən "Böyük Dəbilqə” turnirində 1/2 finala vəsiqə qazanıb.
Qaynarinfo xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan 27 yaşlı idmançı 1/16 finalda avstraliyalı Ceyk Benstedi, 1/8 finalda isə tacikistanlı Bəhruz Xocazodanı məğlub edib.
R.Orucov 1/4 finalda ermənistanlı Ferdinand Karapetyanla qarşılaşıb. Görüş Azərbaycan cüdoçusunun qələbəsi ilə başa çatıb. R.Orucov qızıl xalla qalib gəlib.
O, yarımfinalda almaniyalı İqor Vandtke ilə üz-üzə gələcək.