"Azərbaycan və Ermənistan sərhədində baş verənlər göstərir ki, dayanıqlı sülhün əldə edilməsi üçün kommunikasiyaların paralel bərpası və ölkələr arasında sülh anlaşmasının imzalanması vacibdir”.
Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
Deputat bildirib ki, ikinci Qarabağ savaşında məğlub olmuş Ermənistanda baş qaldıran revanşist meyillər əslində rəsmi Yerevanın özü üçün ziyanlıdır:
"Çünki Azərbaycan ordusu istənilən təxribata cavab vermək gücündədir və bunu dünən bir daha təsdiq etdi. Azərbaycanda növbəti il üçün müdafiə və təhlükəsizlik xərcləri 4 milyard 489 milyon manat (2 milyard 640 milyon dollar) proqnozlaşdırılır. Azərbaycanın müdafiə və təhlükəsizlik xərcləri Ermənistanın illik büdcəsinin gəlirlərindən çoxdur. Bu isə o deməkdir ki, növbəti illərdə də iki ölkə arasında iqtisadi fərq və hərbi güc səviyyəsi daha da dərinləşəcək”.
Vüqar Bayramovun fikirincə, son savaşdan sonra regionda yeni düzən formalaşıb:
"Baş verənlər göstərir ki, yeni reallıqlardan narahat olanlar var. Amma bu cəhdlər yeni düzəni pozmaq gücündə deyil və olmayacaq da”.
Bahar Rüstəmli