Xəbər lenti

Azərbaycan əsilli bloqer Rusiya vətəndaşlığından məhrum edildi
Ölkə08:33 01.09.2019

Azərbaycan əsilli bloqer Rusiya vətəndaşlığından məhrum edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan əsilli Elvin İsayev Rusiya vətəndaşlığından məhrum edilib.

Qaynarinfo APA-ya istinadən verdiyi məlumata görə, polis E. İsayevi  Rusiyada qalma rejimini pozmaqda günahkar sayıb və 5 min rubl cərimələyib.

Hazırda E. İsayev Leninqrad vilayətində Miqrantların Müvəqqəti Saxlama Mərkəzində saxlanılır və Azərbaycana deportasiya ediləcək.

Qeyd edək ki, Azərbaycan vətəndaşlığından 18 il əvvəl imtina edən E. İsayev 2001-ci ildə Şimali Osetiyada Rusiya pasportu alıb, 2014-cü ildə sənədlərini itirdiyi üçün pasportunu dəyişib.