Bir sıra erməni və xarici saytların ana səhifələrində Xocalı soyqırımı və erməni terroru haqqında məlumat yerləşdirilib
Azərbaycanlı hakerlər Xocalı soyqırımının 21-ci ildönümü ərəfəsində bir sıra erməni və xarici saytlara hücumlar etməyə başlayıblar. "Land of Fire TEAM hackers"in Qaynar.info-ya verdiyi məlumata görə, haker hücumları dünən gecədən başlayıb və fevralın 26-dək davam edəcək.
Haker hücumu nəticəsində haker hücumuna məruz qalmış bəzi saytların ana səhifəsində Xocalı faciəsi haqqında məlumatlar və Ermənistanın Azərbaycanın 20 faiz ərazisini işğal etməsi, xalqımıza qarşı terror siytasəti yeritməsi haqqında məlumatlar yerləşdirilib.
Haker hücumuna məruz qalmış bəzi saytların linkini təqdim edirik: