Xəbər lenti

Azərbaycan hökuməti İrana başsağlığı verdi
Ölkə17:40 01.08.2022

Azərbaycan hökuməti İrana başsağlığı verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanın Baş naziri Əli Əsədov İran İslam Respublikasının Birinci vitse-prezidenti Məhəmməd Moxberə başsağlığı məktubu ünvanlayıb.
Qaynarinfo xəbər verir ki, Baş nazir Əli Əsədov İranda baş vermiş təbii fəlakət nəticəsində böyük insan tələfatı və dağıntılar barədə xəbərdən kədərləndiyini bildirib, faciə ilə əlaqədar M.Moxberə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, yaralananlara və xəsarət alanlara şəfa diləyib.