Xəbər lenti

Azərbaycan idmançısı Avropa birinciliyində 3 medal qazandı
İdman 19:33 21.06.2024

Azərbaycan idmançısı Avropa birinciliyində 3 medal qazandı

Azərbaycanın yeniyetmə ağırlıqqaldıranı Muhəmmədəli Məmmədzadə (96 kq) Yunanıstanın Saloniki şəhərində keçirilən Avropa birinciliyində üç medal qazanıb.

Azərbaycan Ağırlıqqaldırma Federasiyasının mətbuat xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, 15 yaşadək idmançılar arasında mübarizə aparan atlet birdən qaldırma hərəkətində 120 kq-ın öhdəsindən gələrək bürünc medal əldə edib.

"Göyəzən” Ağırlıqqaldırma Klubunun təmsilçisi təkanla qaldırma hərəkətində 146 kq-ı başı üzərinə qaldıraraq gümüş medala sahib çıxıb. Muhəmmədəli Məmmədzadə toplam 266 kq (120+146) nəticə ilə yekun sıralamada bürünc medal qazanıb.

Qeyd edək ki, daha əvvəl Aslan Əmiraslanov (U-15, 89 kq) üç qızıl, İsa Əliyev (U-15, 73 kq) iki qızıl, bir gümüş, Elman Kurdanov (U-15, 67 kq) iki gümüş, bir bürünc, Nuray Əbilova (U-15, 40 kq) gümüş medal əldə edib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->