Xəbər lenti

Azərbaycan ixrac prosesində niyə Rusiya bazarından aslıdır? - ŞƏRH
Ekonomiks08:59 20.12.2016

Azərbaycan ixrac prosesində niyə Rusiya bazarından aslıdır? - ŞƏRH

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbovunun sözlərinə görə, kənd təsərrüfatı sahəsində ixrac potensialının 90%-i qonşu Rusiya bazarının payına düşür: 

"FAO ilə araşdırma apardıq və məlum oldu ki, Azərbaycanın kənd təsərrüfatı sahəsində ixrac potensialı 110 sahibkarın öhdəsinə düşür. Həmin sahibkarlardan 6-sı ixrac potensialının 50%-ni, ümumilikdə isə 25 sahibkar 90%-ni təşkil edir".

Məsələ ilə bağlı Qaynarinfo.Az-a açıqlama verən iqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, kənt təsərrüfatı mallarının 90 faizinin Rusiya bazarına düşməsi heç bir halda arzuolunan deyil. 

Niyə çıxış imkanları məhduddur?

Vüqar Bayramovun fikrincə, keyfiyyət standartlarının tətbiqində problem var: 

"Rusiyanın keyfiyyət standartları Avropadakından fərqlidir. Bir bazardan asılılıq həmin bazarda hər hansı bir problem yaradırsa, nəticə etibarilə ixraca təsir göstərir. Getdikcə iqtisadi vəziyyət pisləşir. Əgər Rusiya bazarın digər yerlərdən ucuz məhsul daxil olarsa, nəticədə bu birbaşa bizə mənfi təsir göstərəcək. İxracatın diversifikasiyası olduqca vacibdir. Digər ölkələrin bazarlarına ixraca ehtiyac var. Kənd Təsərrüfatı Nazirliyi və hökümət çalışmalıdır ki, yalnız ənənəvi bazarlara deyil, yeni bazarlara da çıxış əldə etsinlər. Bununla bağlı Azərbaycan prezidentinin də göstərişi var. Amma təəssüf ki, hələ bu müşahidə edilmir və fermerlərin digər bazarlara çıxış imkanı yoxdur".

Ekspertin sözlərinə görə, Avropa Birliyi 450 milyon istehlakçısı olan böyük bazardır: 

"Bura çıxış olduqca vacibdir. Amma çıxış üçün keyfiyyət standartlarının və digər standartların tətbiqinə ehtiyac var. Azərbaycanda kənd təsərrüfatı məhsullarının inkişaf etmiş ölkələrin mövcud tələblərinə və standartlarına uyğun hazırlanması və qablaşdırlması olduqca vacibdir. Əgər biz yeni bazara daxil olmaq istəyiriksə, bütün keyfiyyət standartlarını gözləməliyik. Fermerlər yeni bazarlara çıxmaq üçün çalışmalıdır. Çünki bir bazardan asılılıq kifayət qədər risklidir. Bazarda böhran və idxlın məhdudlaşdırılması tədbirlər həyata keçrilən zaman ixracata mənfi təsirini göstərəcək". 

Vüqar Bayramov ixracla məşğul olan sahibkarların sayının artmasının da vacib olduğunu bildirib:

"İndiki məqamda sahibkarların sayının artırılması bir az strateji əhəmiyyət daşıya bilər. Bu zaman tələb edir. Amma sahibkarların prossesə cəlb edilməısinə ehtiyac var. Ancaq ixrac prossesini aparan sahibkar yeni bazar əldə etmək üçün keyfiyyət standartına ciddi əməl etməlidir".

Qafqaz Rafiqoğlu

Qaynarinfo.Az