Xəbər lenti

Azərbaycan jurnalistlərinə şokolad kimi təbrik - FOTOLAR
Ölkə08:44 03.08.2015

Azərbaycan jurnalistlərinə şokolad kimi təbrik - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et


“Veysəloğlu” Şirkətlər Qrupu və “Ulduz” Şokolad Fabriki ölkə mətbuatının yaranmasının 140 illiyi münasibəti ilə bir qurup KİV nümayəndəsinin Qəbələ və Oğuz rayonlarına 2 günlük İnfoTurunu təşkil edib.

Səfər zamanı “Veysəloğlu” Şirkətlər Qrupu və “Ulduz” Şokolad Fabriki haqda mətbuat nümayəndələrinə geniş məlumat verilib, onlara şirkətin uğur yolunu əks etdirən Tanıtım filmi göstərilib.

Şirkətin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlham Məmmədov Veysəloğlu MMC və Ulduz Fabrikinin rəhbərliyi adından səfərdə iştirak edib, həmçinin müxtəlif səbəblərdən iştirak edə bilməyən bütün jurnalistləri bir daha Milli Mətbuat günü münasibəti ilə təbrik edərək onlara bu çətin və şərəfli yolda uğurlar arzulayıb. 

Səfərdə iştirak edən jurnalist heyyəti “Veysəloğlu” Şirkətlər Qrupunun rəhbərliyinə dərin təşəkkürlərini bildirmiş, təşkil edilmiş bu səfər proqramı üçün Şirkət rəhbərliyinə minnətdarlıqlarını elan ediblər.