Xəbər lenti

Azərbaycan - Kipr oyunu bu ölkədə keçiriləcək (RƏSMİ)
İdman13:47 06.10.2020

Azərbaycan - Kipr oyunu bu ölkədə keçiriləcək (RƏSMİ)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
UEFA Millətlər Liqasının IV turunun Azərbaycan - Kipr oyunu Bakıda keçirilməyəcək.
Qaynarinfo xəbər verir ki, bu barədə Kipr Futbol Assosiasiyası məlmat yayıb. Bildirilib ki, qarşılaşma Albaniyada təşkil olunacaq. Elbasan şəhər stadionunda gerçəkləşəcək. 
Oktyabrın 13-də baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
Qeyd edək ki, dəyişikliyə səbəb Azərbaycanda hərbi vəziyyət və komendant saatı olub. Oyun əvvəlcədən Bakı Olimpiya Stadionuna təyin edilmişdi.