Xəbər lenti

Azərbaycan millisi Rusiyaya 7 qolla uduzdu
İdman16:15 19.02.2026

Azərbaycan millisi Rusiyaya 7 qolla uduzdu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
18 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Beynəlxalq İnkişaf Turnirində bu gün ilk oyuna çıxıb.
Qaynarinfo xəbər verir ki, B qrupunda yer alan millimiz Rusiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Belarusun paytaxtı Minskdə yerləşən yerli futbol federasiyasının məşq meydançasında keçirilən görüşdə yığmamız  1:7 hesabı ilə uduzub. Azərbaycan millisinin yeganə qolunu 58-ci dəqiqədə penaltidən Nicat Kərimov vurub.
Qeyd edək ki, Azərbaycan millisi fevralın 20-də Özbəkistan, 21-də Belarusla üz-üzə gələcək.