
Məlum olduğu kimi, martın 21-dən 27-dək Türkiyənin Antalya şəhərində Azərbaycan milli komandasının təlim-məşq toplanışı və hazırlıq prosesi çərçivəsində isə martın 26-da Qazaxıstan yığması ilə yoldaşlıq oyunu keçiriləcək.
Qaynar.info xəbər verir ki, bu məqsədlə yığmamızın baş məşqçisi Robert Prosineçki 25 futbolçuya dəvət göndərib.
AZAL-ın hücumameyilli yarımmüdafiəçisi Murad Səttarlı ilk dəfə yığmaya dəvət alıb. Maraqlıdır ki, xorvat mütəxəssis cari mövsüm Almaniyanın "Fortuna" klubunun əsas komandasına düşə bilməyən, yalnız bombardirlik xüsusiyyətini II heyətlə Regionalliqada nümayiş etdirən (7 qol vurub - red.) Toğrul Erat da milliyə çağırılıb.
Toplanışa dəvət olunmuş futbolçuların siyahısını diqqətinizə çatdırırıq:
Qapıçılar: Kamran Ağayev (“İnter”), Aqil Məmmədov (“Neftçi”), Səlahət Ağayev (“Sumqayıt”);
Müdafiəçilər: Tərlan Quliyev (“Kəpəz”), Maksim Medvedev, Bədəvi Hüseynov, Rəşad Sadıqov (hər üçü “Qarabağ”), Məhəmməd Mirzəbəyov, Arif Daşdəmirov, Pavel Paşayev, Ruslan Abışov (hamısı “Qəbələ”);
Yarımmüdafiəçilər: Cavid Tağıyev, Qara Qarayev, Əfran İsmayılov (hər üçü “Qarabağ”), Rəşad Eyyubov (“Qəbələ”), Elvin Məmmədov (“Zirə”), Rəhman Hacıyev, Araz Abdullayev (hər ikisi “Neftçi”), Eddi İsrafilov (“Kordova”, İspaniya), Murad Səttarlı (AZAL), Toğrul Erat (“Fortuna” Dusseldorf, Almaniya), Namiq Ələsgərov (“Kəpəz”);
Hücumçular: Dmitri Nəzərov (“Karlsrue”, Almaniya), Ağabala Ramazanov (“Sumqayıt”), Ruslan Qurbanov (“Neftçi”).
Qaynar.info