Xəbər lenti

Azərbaycan millisinin üzvü Almaniya Bundesliqasında dubl etdi
Dünya16:25 09.04.2017

Azərbaycan millisinin üzvü Almaniya Bundesliqasında dubl etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Almaniyanın II Bundesliqasında XXVIII turun oyunları keçrilib. "Qaynar" xəbər verir ki, millimizin üzvü Dmitri Nazarovun çıxış etdiyi "Aue" "Münhen 1860"ı qəbul edib.
Oyun meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyuna start heyətində başlayan Nazarov sonadək meydanda olub və dubl edib. 42-ci dəqiqədə penaltidən hesabı açan futbolçumuz 73-cü dəqiqdə oyunda son nöqtəni qoyub. O, yenə penaltidən fərqlənib.
Qeyd edək ki, "Aue" 28 turdan sonra 32 xalla turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.
Qaynar.Az