
Mayın 22-də AFFA-nın rəsmi fanşopunun açılış mərasimi keçiriləcək.
Qaynarinfo.az xəbər verir ki, açılış mərasimində millimizin üzvləri - Qara Qarayev, Araz Abdullayev və Kamran Ağayev iştirak edəcək.
Milli komandanın fanşopu "Port Baku"dakı "QoSport" mağazasında olacaq. Açılış mərasimi saat 12:00-da başlayacaq.
Qeyd edək ki, əvvəl AFFA-nın inzibati binasının qarşısında fanşop olsa da, sonradan həmin butik yenidənqurma zamanı yığışdırıldı.
Qaynarinfo.az