Xəbər lenti

Azərbaycan millsi 8 qol vurub qalib gəldi
İdman14:15 02.09.2016

Azərbaycan millsi 8 qol vurub qalib gəldi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu ay Kolumbiyada start götürəcək dünya çempionatının final mərhələsinə hazırlıq məqsədilə Bakıda təlim-məşq toplanışında olan futzal üzrə Azərbaycan milli komandası yoxlama oyunu keçirib. 

Qaynarinfo.Az xəbər verir ki, ölkə çempionatının yüksək liqasında çıxış edən klubların üzvlərindən ibarət yığma komandayla qarşılaşan milli 8:1 hesabı ilə qələbə qazanıb. Tyaqo Teles Martins dubl edib, Ramiz Çovdarov, Joze Poletto, Eduardo, İsa Atayev, Rizvan Fərzəliyev və Villiams hərəyə 1 dəfə fərqlənib.

Qeyd edək ki, bu komandalar arasında növbəti oyun sentyabrın 3-də, saat 21.00-da, ABU Arenada keçiriləcək.

Qaynarinfo.Az