Xəbər lenti

Azərbaycan minifutbol millisinin baş məşqçisi:
İdman 22:44 29.05.2025

Azərbaycan minifutbol millisinin baş məşqçisi: "Möhtəşəm qələbə qazandıq"

Azərbaycanın minifutbol millisinin baş məşqçisi Elşad Quliyev İngiltərə üzərində qələbə qazanaraq dünya çempionatında yarımfinala yüksəldikləri oyunu şərh edib.

Qaynarinfo xəbər verir ki, mütəxəssis komandaya oyunlar zamanı dəstək olanlara təşəkkürünü bildirib.

O, futbolçuların yaxşı oyun göstərdiklərini vurğulayıb:

"Möhtəşəm qələbə qazandıq. Bizə dəstək olan hər kəsə, Azərbaycan xalqına təşəkkürümü bildirirəm. Çətin oyun oldu. Yarımfinalda Monteneqro ilə qarşılaşacağıq. Ümid edirəm ki, həmin görüşdə də qələbə qazanıb, finala adlayacağıq".

Qeyd edək ki, Azərbaycan yığması 1/4 finalda İngiltərəyə 2:1 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->