Xəbər lenti

Azərbaycan MN ermənilərin iddialarını təkzib etdi: "Böhtan xarakteri daşıyır"
Ölkə12:01 05.09.2021

Azərbaycan MN ermənilərin iddialarını təkzib etdi: "Böhtan xarakteri daşıyır"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Ermənistan mətbuatında Azərbaycan Ordusunun hərbi qulluqçuları tərəfindən sərhədyanı ərazilərdəki otlaq sahələrinin qəsdən yandırılması barədə yayılan məlumatlar bu ölkənin rəsmilərinin növbəti yalanıdır və böhtan xarakteri daşıyır".
Bu barədə Qaynarinfo-ya Müdafiə Nazirliyindən bildirilib.
"Bir daha bildiririk ki, bu tip məlumatlar əsasızdır və Azərbaycan Ordusu ilə heç bir əlaqəsi yoxdur", - deyə nazirliyin yaydığı açıqlamada qeyd edilib.