Xəbər lenti

Azərbaycan NATO-daki zabitlərinin sayını niyə artırır?
Ölkə06:55 25.03.2014

Azərbaycan NATO-daki zabitlərinin sayını niyə artırır?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu ilin ortalarında NATO-nun strukturlarında xidmət edən Azərbaycan Silahlı Qüvvələrinin zabitlərinin sayının artırılması planlaşdırılır. 

Bu barədə APA-ya Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Hazırda Azərbaycan Silahlı Qüvvələrinin 7 zabiti NATO-nun müxtəlif qərargahlarında Tərəfdaşlığın Qərargah Elementi vəzifələrində xidmət edirlər. Zabit heyətin sayının neçə nəfər artırılacağı və onların NATO-nun hansı strukturlarına təyin ediləcəyi barədə məlumat verilməyib.

Nazirlikdən bildirilib ki, NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində ötən il 100-dək tədbirdə Azərbaycan Müdafiə Nazirliyinin 1 000-dən artıq nümayəndəsi iştirak edib. Bu il isə 90 tədbirdə Müdafiə Nazirliyinin 900-ə yaxın hərbi qulluqçusunun iştirakı nəzərdə tutulur. Bu tədbirlərdə 81-i xarici dövlətlərdə, 9 tədbirin isə Azərbaycanda keçirilməsi planlaşdırılır.

Qaynar.info