Xəbər lenti

Azərbaycan nə etməlidir ki, Ermənistan bunu dayandırsın?.. - Ekoloq
Ölkə08:39 05.04.2021

Azərbaycan nə etməlidir ki, Ermənistan bunu dayandırsın?.. - Ekoloq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Azərbaycan Ermənistanı məcbur etməlidir ki, suya təmizləyici qurğular quraşdırsın. Dövlət ermənilərin çirkab suların axıdılmasına mane olmalıdır”.
Bunu Qaynarinfo-ya açıqlamasında ekoloq Fikrət Cəfərov Ermənistan ərazisindəki Qacaran mis-molibden zavodu və Qafan mis filiz saflaşdırma kombinatının toksiki tullantıları ilə çirkləndirilməsi nəticəsində 500-dən çox balığın ölməsi ilə bağlı məsələyə aydınlıq gətirərkən deyib.
Ekoloq qeyd edib ki, ümumiyyətlə, həmin yerdə Ermənistan tərəfindən mədənlərdən tullantılar axıdılır:
"Həmin tullantılar həmişə normadan yüksəkdir. Ona görə ki, ermənilər heç vaxt qurğuları təmizləmir. Çirkab sulları bir başa çaya axıdılır. Dəfələrlə bu problem müzakirə olunub və beynəlxalq təşkilatların qarşısında məsələ qaldırılıb. Lakin heç bir tədbir görülməyib. Düşünürəm ki, orada Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həmin əraziyə post qoyulmalıdır. Həmin post suyun çirklənməsini daim ölçüb, əhaliyyə bunula bağlı məlumat verməlidir. Bu, çox ciddi məsələdir”.
Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərin ekoloji vəziyyətinin qiymətləndirilməsi məqsədilə Zəngilan rayonu ərazisindən keçən Oxçuçayda keçirilən növbəti monitorinq zamanı 500-dən çox farel və digər balıqların öldüyü aşkar edilib. Monitorinq və analizlərin nəticələri, eyni zamanda çayda balıqların kütləvi məhv olması faktları çayın Ermənistan ərazisindəki Qacaran mis-molibden zavodu və Qafan mis filiz saflaşdırma kombinatının toksiki tullantıları ilə çirkləndirilməsini bir daha təsdiq edir.
Bahar Rüstəmli