Xəbər lenti

Azərbaycan nefti 74 dollar həddini keçdi
Ekonomiks19:32 19.04.2018

Azərbaycan nefti 74 dollar həddini keçdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 18-də 74,61 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 1,55 dollar/barel çoxdur. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti aprelin 18-də 74,04 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,54 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti aprelin 18-də 69,63 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 1,69 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə aprelin 18-də 73,42 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,57 dollar/barel çoxdur.