Rusiyada Amur Cinayət Axtarışı İdarəsinin əməkdaşları 40 yaşlı azərbaycanlını saxlayıblar. Qaynar.info xəbər verir ki, azərbaycanlının öz ölkəsindən qaçaraq Rusiyaya getdiyi bildirilir.
Rusiya kütləvi informasiya vasitələrinin yaydığı məlumata görə, saxlanılan şəxs Azərbaycanda fırıldaqçılıqda ittiham olunur. O, beynəlxalq axtarışa verilib.
40 yaşlı azərbaycanlı Yekaterinoslavka Oktyabrsk rayonunda saxlanılıb. Onun saxlanılması üçün keçirilən xüsusi əməliyyatda Rusiya polisi ilə birlikdə Azərbaycan polisi də iştirak edib.
Hazırda cinayətkarın Azərbaycana ekstradisiyası məsələsi həll olunur./anspress
Qaynar.info