Xəbər lenti

Azərbaycan Premyer Liqasında 31-ci tur başlayır
İdman09:22 21.04.2023

Azərbaycan Premyer Liqasında 31-ci tur başlayır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Azərbaycan Premyer Liqasında 31-ci tura start veriləcək.
Qaynarinfo-nun məlumatına görə ilk oyun günündə iki qarşılaşma keçiriləcək.
Əvvəlcə "Şamaxı” doğma meydanda "Kəpəz”i qəbul edəcək.  Komandalar indiyədək ölkə çempionatında 33 dəfə üz-üzə gəlib. Bunların 17-də "Şamaxı”, 8-də Gəncə təmsilçisi qələbə qazanıb. Qalan 8 görüşdə qalib müəyyənləşməyib. Topların nisbətində də meydan sahiblərinin üstünlüyü var - 56:34. Son 4 matçda hər iki komanda qol vurub. "Sarı-göylər" 4 oyundur uduzmur.
Günün son matçında isə "Zirə" səfərdə turnir cədvəlinin lideri "Qarabağ"ın qonağı olacaq. Komandalar indiyədək ölkə çempionatlarında 30 qarşılaşmada üz-üzə gəlib. Bunların 20-də Ağdam təmsilçisi qələbə qazanıb, qalan 10 qarşılaşma heç-heçə bitib. Paytaxt klubu indiyədək "Qarabağ”ı məğlub edə bilməyib. Top fərqi "Qarabağ”ın xeyrinədir - 63:13. Ağdamlılar son üç ev matçında qol buraxmayıb.
Azərbaycan Premyer Liqası, 31-ci tur
21 aprel (cümə)
16:00. "Şamaxı" - "Kəpəz"
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Cavanşir Yusifov, İnqilab Məmmədov
VAR Hakimləri: Əliyar Ağayev, Zeynal Zeynalov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Şamaxı şəhər stadionu.
20:00. "Qarabağ" - "Zirə"
Hakimlər: Kamranbəy Rəhimov, Müslüm Əliyev, Şirmamed Mamedov, Kamran Əliyev
VAR hakimləri: Fərid Hacıyev, Eyyub İbrahimov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Asif Əliyev
"Azersun Arena".
"Qarabağ” - 77, "Sabah” - 68, "Neftçi” - 60, "Qəbələ” - 42, "Zirə” - 30, "Turan Tovuz” - 29, "Kəpəz” - 28, "Sumqayıt” - 25, "Şamaxı” - 22, "Səbail” - 21
Səbuhi Həsənov