Xəbər lenti

Azərbaycan prezidenti türkiyəli həmkarı ilə görüşdü
Siyasət17:44 25.04.2016

Azərbaycan prezidenti türkiyəli həmkarı ilə görüşdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Prezident İlham Əliyevin və Azərbaycana işgüzar səfərə gələn Türkiyə  prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü olub.

Görüşdə iki ölkə arasında strateji tərəfdaşlığa əsaslanan dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib. 

Yüksək səviyyəli görüşlərin əməkdaşlığın inkişafı baxımından önəmi vurğulanıb. Əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminlik bildirilib. 

Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun əhəmiyyəti vurğulandı və bu tədbirin beynəlxalq əməkdaşlıq işinə töhfə verdiyi bildirilib.

Söhbət zamanı ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Qaynarinfo.az