
16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması (U-16) Maltada təşkil olunmuş UEFA İnkişaf turnirində bu gün ilk oyununu keçirib.
Qaynar.info xəbər verir ki, "Sentenari" stadionunda Lixtenşteyn komandası ilə qarşılaşan komandamız böyükhesablı qələbə qazanıb – 8:0.
Xaqani Sadıqovun 4 qol vurduğu oyunda hərəyə 1 dəfə Bəşir Aylarov, Fərid Məmmədov, Kamran Quliyev və Elvin Cəfərquliyev fərqlənib. Bu matç martın 11-də AFFA İcraiyyə Komitəsinin qərarı ilə baş məşqçi təyin olunan Rafiq Mirzəyevin debüt oyunu idi.
Qeyd edək ki, U-16 yığmamız növbəti oyununu martın 26-da, Bakı vaxtı ilə saat 13:30-da meydan sahibi Malta komandasına qarşı keçirəcək.
Qaynar.info