Xəbər lenti

Azərbaycan səfirliyinə niyə hücum edildi?
Siyasət21:41 04.08.2022

Azərbaycan səfirliyinə niyə hücum edildi?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Diplomatik nümayəndəliklərin mühafizəsi qəbul edən (yerli) dövlətin məsuliyyətindədir. Necə olub ki, həmin radikal qrup belə asanlıqla səfirlik binasına daxil ola bilib? Polis hara baxırmış? Polisdən əlavə, səfirliyin özünün mühafizə xidməti varmı və varsa, onlar olay zamanı nə edib, hansı tədbiri görüb?"
Qaynarinfo xəbər verir ki, bu sözləri politoloq Şahin Cəfərli deyib.
Politoloq bildirib ki, indiki halda olaya görə Böyük Britaniya məsullət daşıyır: 
"Provokasiyanı törədən radikal qrup kimdir? (Adı önəmli deyil.) Məramı nədir? Bunlar Britaniya vətəndaşlarıdır, yoxsa qaçqın və ya başqa statusla orada yaşayırlar? Niyə Azərbaycanı hədəf seçiblər? 
Bu sualların cavablarını bilmədən hadisəyə dəqiq qiymət vermək mümkün deyil. 
Əlbəttə ki, hər kəs bu olayı istədiyi şəkildə qiymətləndirməkdə sərbəstdir, lakin mən hələlik yalnız Böyük Britaniya hökumətinin hadisəyə görə məsuliyyət daşıdığını qeyd etmək istərdim. Onlar bu barədə izahat verməlidir".