Xəbər lenti

Azərbaycan sərhəddində terror: ölən və yaralananlar var - VİDEO
Dünya08:27 15.02.2016

Azərbaycan sərhəddində terror: ölən və yaralananlar var - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün səhər Bakı vaxtı ilə saat 10-da Dağıstan Respublikasının Dərbənd rayonundakı yol polisi postunda terror aktı törədilib.

Qaynar.info xəbər verir ki, hadisə Dərbənd şəhərindən 15 kilometr aralıda baş verib. Partlayış nəticəsində 4 nəfər ölüb. Ölənlərdən ikisi polis əməkdaşı, ikisi isə mülki şəxsdir. Daha 5 nəfər xəsarət alıb.

Terror aktı partlayıcı maddələrlə dolu 53 yaşlı M.Qaziyevə məxsus “QAZel” avtomobilinin polis postunun yaxınlığında partladılması nəticəsində baş verib. Həmin avtomobildən həmçinin 28 yaşlı K.Qazıyev də istifadə edirmiş.

Qaynar.info