Xəbər lenti

Azərbaycan üçün kritik seçim: Tramp, yoxsa Klinton?
Siyasət11:31 07.06.2016

Azərbaycan üçün kritik seçim: Tramp, yoxsa Klinton?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Bu gün Azərbaycanla ABŞ arasında münasibətlər o qədər də yaxşı səviyyədə deyil. Hillari Klinton prezident seçilərsə, bu münasibətlər eyni şəkildə, olduğu kimi davam edəcək".
Bu sözləri Qaynarinfo.az-a açıqlamasında REAL İdarə Heyyətinin üzvü, politoloq Azər Qasımlı ABŞ-da seçkiqabağı yetərli səs toplayan siyasətçilərdən hansının prezident seçiləcəyi təqdirdə Azərbaycan-ABŞ münasibətlərinin daha da yaxşılaşacağına münasibət bildirərkən deyib.
Azər Qasımlı bildirib ki, ölkədə Donald Trampla bağlı müəyyən fikirlər səslənir:"Onun hakimiyyət nümayəndələri və oliqarxlarla müyyən münasibətləri olduğu deyilir. Bu münasibətlərin dərin və ciddi olduğu inandırıcı deyil. Amma bu söhbətlər mövcuddur. Bu baxımdan Trampın seçilməsi onunla Azərbaycanın münasibətlərinin daha yaxşı olacağını göstərir". 
Azər Qasımlı
Politoloqun sözlərinə görə, Klintonun da Azərbaycan iqtidarı ilə müəyyən münasibətləri var: "Bu gün Azərbaycanla ABŞ arasında münasibətlər o qədər də yaxşı deyil. Klinton seçilərsə, bu münasibətlər eyni şəkildə, olduğu kimi davam edəcək. Klintonun seçilməsi Amerika siyasətini dəyişməyəcək. Tramp seçiləcəyi halda isə müəyyən dəyişikliklər ola bilər". 
Azər Qasımlının vurğulayıb ki, Trampın Azərbaycanla əlaqlərindən başqa, ABŞ da bölgədə yürüdəcəyi siyasət bəlli deyil: "Tramp çox kritik fikirlər səsləndirir. Ancaq prezident seçiləcəyi təqdirdə, həmin fikirləri həyata keçirəcəyi sual altındadır. Burda önəmli məsələlərdən biri də ABŞ-ın Rusiyaya münasibətindən gedir. Tramp seçilərsə, Azərbaycana Rusiyaya münasibəti prizmasından baxacaq. Trampın fərqli fikirləri var. Bir dəfə Putinin yaxşı siyasətçi olduğunu və ABŞ-ın Rusiya ilə yaxşı münasibətdə olmasının vacibliyini deyir. Başqa bir çıxışında isə Obamanın Rusiya dövləti və Putinin nazı ilə çox oynadığını deyir. NATO gəmilərinə yaxınlaşan Rus təyyarələrinin həmən vurulması gərəkdiyini bildirib. Klintonun siyasəti isə aydındır. Seçıləcəyi təqdirdə Obamanın siyasətini davam etdirəcək. Yeni nəsə gözləmək olmaz".
Qafqaz Rafiqoğlu
Qaynarinfo.az