Xəbər lenti

Azərbaycan Ukraynaya enerji avadanlığının yeni partiyasını çatdırdı
Siyasət13:11 13.01.2023

Azərbaycan Ukraynaya enerji avadanlığının yeni partiyasını çatdırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Yanvarın 11-də Ukrayna Azərbaycanın "Azərenerji” şirkətindən enerji sektoruna yardımın ikinci hissəsini alıb.
Qaynarinfo "Avropa Həqiqəti"nə istinadla xəbər verir ki, bu barədə Ukrayna Energetika Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Yeni yardım partiyasına gücü 94-150 kVA olan 45 ehtiyat elektrik stansiyası daxildir.
Ukraynanın energetika naziri Herman Qaluşenko həmkarı, Azərbaycanın energetika naziri Pərviz Şahbazova operativ reaksiya və səmərəli və vaxtında dəstəyə görə təşəkkür edib.
Tərkibində 45 güc transformatoru və 5 ehtiyat elektrik stansiyası olan Azərbaycandan ilk avadanlığın partiyası artıq enerji şirkətləri arasında paylanaraq Rusiyanın hücumlarından ən çox zərər çəkmiş rayonlara ötürülüb.
Ukrayna Xarici İşlər Nazirliyi də humanitar yardıma görə Azərbaycana təşəkkür edib: "Ukrayna şəhərlərini generator və transformatorlarla təmin etdiyinə görə Azərbaycana minnətdarıq. Bu, Ukraynanın kritik infrastrukturunun bərpası üçün həyati əhəmiyyət kəsb edir”.
Xatırladaq ki, Azərbaycan ötən ilin dekabrında Ukraynaya generator və transformatorlardan ibarət humanitar yardım göndərib.
Qeyd edək ki, Azərbaycan Ukraynaya ümumilikdə 30 milyon manatlıq humanitar yardım göstərib.
Alpər