Xəbər lenti

Azərbaycan uzaq Venesueladan nə alıb, nə satacaq? - ŞƏRH
Siyasət06:52 24.10.2016

Azərbaycan uzaq Venesueladan nə alıb, nə satacaq? - ŞƏRH

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Neftin qiyməti kəskin düşdüyündən Venesuelada ağır iqtisadi və sosial vəziyyət yaranıb, əhali dükanlarda yeməyə bir şey tapmır".

Qaynarinfo.Az xəbər verir ki bu sözləri politoloq Elxan Şahinoğlu Venesuela Bolivar Respublikasının prezidenti Nikolas Maduranın Azərbaycana səfərini şərh edərkən deyib:

"Venesuela Bolivar Respublikasının prezidenti Nikolas Maduranın Azərbaycana səfərinin yalnız bir məqsədi var: Neft. Doğrudur Bakıdakı danışıqlarda iki ölkə arasında iqtisadi və ticarət əməkdaşlığından da danışılıb. Ancaq Azərbaycanın uzaq Venesuela ilə nə alıb-satacağı suallar doğurur. Venesuela neft ölkəsidir və tamamən neft satışından asılıdır. Neftin qiyməti kəskin düşdüyündən, Venesuelada ağır iqtisadi və sosial vəziyyət yaranıb, əhali dükanlarda yeməyə bir şey tapmır, ərzaq dalınca qonşu Kolumbiyaya gedirlər". 

Politoloq bildirib ki, Venesuela müxalifəti Maduranı hakimiyyətdən uzaqlaşdırmaq üçün fəallaşıb: "Parlament müxalifətin nəzarətindədir. Növbəti mərhələdə prezidentə qarşı impiçment gəlir. Madura keçmiş xarizmatik lider Uqo Çaves qədər populyar deyil. Çaves kimi Madura da qatı anti-amerikançıdır, ancaq bu Venesuela üçün xilas yolu deyil. Venesuela bir ara digər anti-amerikaçı dövlətlər - Rusiya və Çin kapitalını cəlb etmək istəyirdi. Kapital qoydular, ancaq hazırda həm Rusiya, həm də Çin Venesuelanın gələcək taleyi üçün narahatdırlar və mümkündür ki, kapitallarını tədricən çıxartsınlar və əlavə investisiyalardan imtina etsinlər".

Elxan Şahinoğlu qeyd edib ki, Madura Venesuelada iqtisadiyyatı şaxələndirə bilmir: "Onun yeganə ümidi neftin qiymətinin artımınadır. Bir müddət əvvəl İstanbulda keçirilən enerji konfransına məhz buna görə qatılmışdı. Rusiya prezidenti Vladimir Putinlə görüşdə ona dedi ki, İstanbuldakı çıxışınız neftin qiymətinin 1-2 dollar artımına səbəb olub. Gör nəyə sevinirdi. Bakıya gəlişi də eyni məqsəd daşıyır: necə edək ki, neftin qiymətini qaldıraq? Bu sualın cavabı Bakı üçün də bəlli deyil. Maduranın Azərbaycanın ardınca digər neft istehsalçısı ölkələrinə səfəri davam edir".

Qafqaz Rafiqoğlu

Qaynarinfo.Az