Antalya şəhərində reyd zamanı polis iki azərbaycanlı qadın saxlayıb
Türkiyənin Antalya şəhərində qeyri-qanuni fəaliyyət göstərən 2 azərbaycanlı qadın deportasiya ediləcək. “İhlas” agentliyinin (İHA) yaydığı məlumata görə, G.A. və G.A. adlı azərbaycanlı qadınlar şəhərdə reyd keçirən polis tərəfindən saxlanılıb. Qadınların sənədlərinə baxış keçirilərkən, onların Alanya rayonu Konaklı qəsəbəsindəki otellərdən birində qeyri-qanuni işlədiyi, viza müddətlərinin isə başa çatdığı məlum olub.
Polis bölməsinə aparılan qadınların ölkədən deportasiya ediləcəyi bildirilir.