Xəbər lenti

Azərbaycan vətəndaşlığı ilə bağlı əsasnamədə dəyişikliklər
Ölkə18:31 09.12.2016

Azərbaycan vətəndaşlığı ilə bağlı əsasnamədə dəyişikliklər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 avqust tarixli 189 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının vətəndaşlığı məsələlərinə baxılması və onların həlli qaydaları haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

Əsasnamənin 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilir:

- səkkizinci abzasa “vəsiqəsinin” sözündən sonra “və ya qaçqın statusu almış şəxslərə verilən qaçqın vəsiqəsinin” sözləri əlavə edilir;

- doqquzuncu abzas aşağıdakı redaksiyada verilir:

“pasportun və ya digər sərhədkeçmə sənədinin surəti (həmin sənədlərə malik olmayan qaçqın statusu almış şəxslər istisna olmaqla)”.

Qaynarinfo.Az