Xəbər lenti

Azərbaycan XİN İsrailə başsağlığı verdi
Siyasət09:10 30.04.2021

Azərbaycan XİN İsrailə başsağlığı verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Xarici İşlər Nazirliyi Meron dağı yaxınlığında keçirilən Laq Ba-omer dini tonqal qalama mərasimi zamanı yaranan izdihamda 44 nəfərin ölümü ilə bağlı İsrailə başsağlığı verib.
Qaynarinfo-nun xəbərinə görə, başsağlığı mətni XİN-in rəsmi tviter hesabında paylaşılıb.
"Bu xəbərlər bizi çox kədərləndirdi. Dəhşətli hadisədə həlak olanların ailələrinə, eləcə də İsrail hökumətinə və xalqına dərin hüznlə başsağlığı veririk, yaralılara şəfa diləyirik", - başsağlığında bildirilib.