Xəbər lenti

Azərbaycan XİN Şri-Lankada törədilən terror aktlarını pisləyib
Siyasət10:42 21.04.2019

Azərbaycan XİN Şri-Lankada törədilən terror aktlarını pisləyib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Şri Lankada çoxsaylı günahsız insan ölümü və yaralanması ilə nəticələnən kilsə və otellərdə törədilmiş dağıdıcı terror aktlarını pisləyib.
Qaynarinfo-nun məlumatına görə, XİN terror qurbanlarının ailələrinə və Şri Lanka xalqına başsağlığı verib, yaralıların tez bir zamanda sağalmasını diləyib.
Qeyd edək ki, bu gün Şri-Lankada paytaxt Kolomboda 3 oteldə və bir kilsədə, Neqombo qəsəbəsində isə iki kilsədə partlayış törədilib. Partlayışlar nəticəsində ən azı 185 nəfər ölüb. Sonra daha iki partlayışın törədildiyi  açıqlanıb.