Xəbər lenti

Azərbaycana qaçan erməni əsgərin atasını polisə apardılar
Ölkə18:00 23.03.2015

Azərbaycana qaçan erməni əsgərin atasını polisə apardılar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Martın 22-də döyüş mövqeyini tərk edərək Azərbaycan tərəfə keçən və könüllü təslim olan erməni əsgər Andranik Araratoviç Qriqoryanın atası polisə aparılıb.
Virtualaz.org saytı erməni mənbələrinə istinadən xəbər verir ki, əsgərin atası bu gün işğal altındakı Xocavənd (Martuni) rayonunun polis bölməsinə aparılıb və hələ ondan xəbər yoxdur.
Əsgər Qriqoryan həmin rayondandır və mənasız yerə ölməkdən qorxduğu, müntəzəm olaraq döyüldüyü üçün Azərbaycan tərəfə keçdiyini bildirib.
Ermənistan Müdafiə Nazirliyi və Qarabağdakı qondarma rejim əsgərin Azərbaycan tərəfə keçərək təslim olmasını şərh etməkdən imtina edir.
Qaynar.info