Xəbər lenti

Azərbaycana qarşı təxribat: “DQR” tanındı
Siyasət12:33 19.09.2013

Azərbaycana qarşı təxribat: “DQR” tanındı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Əlbəyaxa Döyüş Növləri üzrə Ümumdünya Assosiasiyasının (MMA) rəsmi saytında üzv ölkələr siyahısında Azərbaycanla yanaşı, "Dağlıq Qarabağ Respublikası”nın da adına rast gəlmək olar.

Rus və ingilis dilində versiyaları olan wmmaa.org saytında separatçı rejimin bayrağı, habelə Dağlıq Qarabağda döyüş növləri üzrə qondarma "federasiyanın” rəhbər şəxsləri, yerləşdiyi ünvan və əlaqə nömrələri qeyd olunub.

Xatırladaq ki, Əlbəyaxa Döyüş Növləri üzrə Ümumdünya Assosiyasının (MMA) fəxri prezidenti məşhur rusiyalı döyüşçü Fyodr Yemelyanenkodur.//Ann.az