Xəbər lenti

Azərbaycanda 18 yaşlı qız xəstəxanada öldü (FOTO)
Ölkə18:26 05.12.2018

Azərbaycanda 18 yaşlı qız xəstəxanada öldü (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ölümün səbəbi ekspertiza rəyindən sonra məlum olacaq
Yevlax rayonunda 18 yaşlı qız xəstəxanada ölüb.
Qaynarinfo "report"a istinadla xəbər verir ki, 2000-cı il təvəllüdlü Sona Vüqar qızı Əliyeva ötən gecə səhhətində yaranan narahatlığa görə Yevlax Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.
Yevlax şəhər sakini olan gənc qız müayinə edildikdən sonra səhər saatlarında tibb müəssisəsində dünyasını dəyişib. Meyit müayinə olunmaq üçün tibbi ekspertizaya göndərilib.
Xəstəxanadan verilən məlumata görə, ölümün səbəbi ekspertiza rəyindən sonra məlum olacaq.
Faktla bağlı araşdırma aparılır.