Xəbər lenti

Azərbaycanda 62 yaşında universitet məzunu oldu
Ölkə 13:49 21.11.2025

Azərbaycanda 62 yaşında universitet məzunu oldu

62 yaşlı Rəhman Cəlilov Mingəçevir Dövlət Universitetindən məzun olub.

Qaynarinfo xəbər verir ki, bu barədə universitet məlumat yayıb.

Bildirilib ki, bu gün ona bakalavriat səviyyəsi üzrə diplom təqdim edilib.

O, MDU-da "İqtisadiyyat” ixtisası üzrə qiyabi formada təhsil alıb.

Qeyd edək ki, R.Cəlilov əvvəllər kollec məzunu olub. Hazırda o, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyində çalışır.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->