Xəbər lenti

Azərbaycanda ata oğlunu və gəlinini İŞİD-dən necə xilas etdi?
Ölkə12:25 12.11.2014

Azərbaycanda ata oğlunu və gəlinini İŞİD-dən necə xilas etdi?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Zaqatala sakini “İslam Dövləti” terror təşkilatının Azərbaycanda olan tərəfdar və təşviqatçıları haqda bildiklərini danışıb.

Virtualaz.org saytı “Novosti-Azərbaycan”a istinadən xəbər verir ki, adının çəkilməsini istəməyən ata İŞİD-çilərin Azərbaycanda əvvəllər çox olduğunu deyib.

O, həmin insanların bir qisminin Suriyada həlak olduğunu, digər qisminin isə hazırda “İslam Dövləti”nin sıralarında vuruşduğunu deyib.

“6 ay bundan əvvəl İrandan və Türkiyədən Suriyaya keçmək çox asan idi. Azərbaycanın bir çox məscidlərində “vəhabilik” təbliğ olunurdu. Lakin hüquq-mühafizə orqanlarının radikal islamçılığın qarşısını almaq üçün gördüyü tədbirlər nəticəsində onların sayı azalıb” deyə Zaqatala sakin vurğulayıb. 

“Mənim 26 yaşlı oğlum və o, həyat yoldaşı ilə bir neçə dəfə İŞİD-in tərkibinə qatılmaq üçün Suriyaya qaçmaq istəyiblər. Mən onlara ora getməyə həmişə maneə olmuşam. Çünki bilirdim ki, onların belə bir niyyəti var. Ancaq bir neçə həftə bundan əvvəl gördüm ki, onlar itkin düşüb. Sonra məlum oldu ki, oğlum və onun həyat yoldaşı Türkiyədən Suriyaya  keçmək üçün yollar axtarırlar. Oğlumun uşaqlıq dostu mənə dedi ki, onlar Azərbaycanı tərk etmək üçün xarici görkəmlərini dəyişmək məcburiyyətində qalıblar. Oğlum saqqalını qırxıb, yoldaşı isə hicabı çıxardıb” deyə ata polisə danışıb.

Bütün bu olanlardan sonra yaşlı ata polisə müraciət edib. Onun oğlu və gəlini "İnterpol" xətti ilə axtarışa verilib və bir müddət sonra Türkiyədən deportasiya ediliblər. “Vaxt gələcək oğlum mənim polisə müraciət etdiyimi başa düşəcək. Mən onu və yoldaşını ölümdən xilas etdim. Buna görə mən hüquq-muhafızə orqanlarına öz minnətdarlığımı bildirirəm” ata vurğulayıb.

Qaynar.info