Ölkə 08:16 27.07.2023

Azərbaycanda bəy qız toyunda nişanlısının keçmiş sevgilisini bıçaqladı (VİDEO)

Qax rayonunda bəy qız toyunda nişanlısının keçmiş sevgilisini bıçaqlayıb.

Hadisə toyun keçirildiyi şadlıq evinin yaxınlığında qeydə alınıb.

Qax rayon sakini 25 yaşlı Yamən Şıxəmirli Gədəbəy rayon sakini 21 yaşlı Ariz Əhmədov tərəfindən bıçaqlanıb.

Bıçaqlanan Yamən Şıxəmirlinin əmisi Baku TV-yə bildirib ki, hansısa yazıya görə bəy onun qardaşı oğlu bıçaqlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Yamən Şıxəmirliyə kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən Ariz Əhmədov polis tərəfindən saxlanılıb.