Xəbər lenti

Azərbaycanda bir universitetdə yataqxana bağlandı - SƏBƏB
Ölkə20:10 11.09.2025

Azərbaycanda bir universitetdə yataqxana bağlandı - SƏBƏB

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin yataqxanası müvəqqəti olaraq bağlanıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Musavat.com-a universitetdən bildirilib.
Qeyd edilib ki, bu qərar binada aparılan texniki baxış zamanı aşkarlanan infrastruktur problemlərinin aradan qaldırılması məqsədilə qəbul edilib.
"Məqsəd tələbələrin təhlükəsizliyini və onların gələcəkdə müasir standartlara uyğun şəraitdə qalmasını təmin etməkdir. Təmir müddətində tələbələrin yaşayışla bağlı problemlərinə dəstək məqsədli komissiya yaradılıb", - deyə qeyd edilib.