Xəbər lenti

Azərbaycanda bu virusa yoluxma artıb - 8 günə üzə çıxır...
Sağlamlıq07:20 16.06.2022

Azərbaycanda bu virusa yoluxma artıb - 8 günə üzə çıxır...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Suçiçəyi virusuna yoluxmamaq üçün gigiyenaya diqqət edilməli, toplum yerlərdən uzaq durulmalıdır. Əgər uşaqlarda suçiçəyi infeksiyasına yoluxma riski olan səpkilər müşahidə edilirsə, digər şəxsləri yoluxdurmamaq üçün cəmiyyətdən izolyasiya edilməlidir".
Qaynarinfo xəbər verir ki, bu sözləri "ARB24"ə açıqlamasında infeksionist Aytən Ziyadova bildirib.
Həkim əlavə edib ki, bu xəstəliyin gizli dövrü var ki, o da 7-8 gün ərzində özünü göstərir. "İnfeksiyanın əlamətləri 8 gün sonra ortaya çıxa bilər. Müalicə əsasən simptomatik üsuldan istifadə edilir. Xüsusi bir dərmanı və müalicəsi yoxdur. Əgər ağızda səpkilər və yaralar çox olarsa, onda xüsusi dərmanlar yazıla bilər".