Xəbər lenti

Azərbaycanda eks-prezidentlərə ayrılan vəsait artırılır
Siyasət09:51 19.10.2013

Azərbaycanda eks-prezidentlərə ayrılan vəsait artırılır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda keçmiş prezidentlər və onların ailə üzvlərinin saxlanılması üçün dövlət büdcəsində nəzərdə tutulan vəsait artırılacaq.

APA-nın məlumatına görə, 2014-cü il dövlət büdcəsi layihəsində bu məqsədlə nəzərdə tutulmuş vəsait 2013-cü ildəkindən 6,9% çox olacaq.

2014-cü ildə bu məqsədlə dövlət büdcədən 303633 manat vəsait ayıracaq.

Qeyd edək ki, sabiq prezidentlər və onların ailə üzvlərinin xərcləri 2013-cü ildən dövlət büdcəsindən maliyyələşdirilir. Cari ildə bu məqsədlə büdcədən 283 925 manat vəsait ayrılıb.

APA