Xəbər lenti

Azərbaycanda hansı ixtisasların yaradılmasına ehtiyac var? (ŞƏRH)
Ölkə 14:00 27.05.2024

Azərbaycanda hansı ixtisasların yaradılmasına ehtiyac var? (ŞƏRH)

"Təəssüflər olsun ki, Azərbaycan İT sahəsi üzrə keçmiş sovet respublikalarındakı universitetlərdən də geridə qalır". 

Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Məzahir Məmmədli Azərbaycan təhsilində açılacaq yeni ixtisaslar ilə bağlı məlumatı aydınlıq gətirərkən deyib. 

Onun sözlərinə görə, Elm və Təhsil Nazirliyi fundamental elmlər deyəndə böyük ehtimalla yeni yaranmış universitetlərdəki ixtisasları əsas götürüb:

"Yəni, bu artıq yeniliyə inkişafa aparan bir yoldur. Artıq Azərbaycanda da bu ixtisaslara üstünlük veriləcək".
 

 
Məzahir Məmmədlinin fikirincə, yeni yaranmış universitetlərdə İT sahəsinə geniş yer verilib:

"Türkiyə-Azərbaycan Universiteti açılıb, İtaliya-Azərbaycan Universiteti ilə bağlı qərar var. Qarabağ Universitetində artıq ixtisaslar ortadadır. Orada əsasən texniki elmlərə, İT-yə üstünlük verildiyi görsənir".

Bundan əvvəl elm və Təhsil naziri Emin Əmrullayev "Yaşıl artım gündəliyində təhsil" mövzusunda konfransda çıxışı zamanı deyib ki, yeni təhsil ilində innovativ yeniliklər tətbiq olunacaq:

"Təhsilin kökündə dayanan fundamental elmlərdir, məhz inkişafa aparan bu elmlərdir. Dövrün reallıqlarına uyğun olaraq yeni ixtisasların açılmasını da görəcəyik".

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->