Xəbər lenti

Azərbaycanda indiyədək neçə nəfər koronavirusa yoluxub? - STATİSTİKA
Sağlamlıq12:37 31.03.2020

Azərbaycanda indiyədək neçə nəfər koronavirusa yoluxub? - STATİSTİKA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Azərbaycanda daha 24 nəfərdə koronavirus infeksiyası aşkarlanıb.
Qaynarinfo xəbər verir ki, bununla da ölkədə virusa yoluxmuş şəxslərin ümumi sayı 298 nəfərə çatıb.
Virus aşkarlanan vətəndaşlardan 26 nəfər sağalaraq xəstəxanalardan buraxılıb, 5 nəfər dünyasını dəyişib. 267 nəfər isə müalicəsini davam etdirir. Onlardan 11 nəfərin vəziyyəti ağır, 15 nəfərin vəziyyəti isə orta ağırdır
Müxtəlif karantin zonalarına yerləşdirilən 4602 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.
Qeyd edək ki, indiyədək dünyada 802 min 748 nəfər virusa yoluxub. Bunlardan 39 min 19 nəfər ölüb, 172 min 319 nəfər sağalıb. 591 min 410 nəfər müalicə olunur ki, bunun da 30 min 406 nəfərinin vəziyyəti kritikdir.