Xəbər lenti

İnternetə məhdudiyyət götürüldü
Texnologiya06:09 12.11.2020

İnternetə məhdudiyyət götürüldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ermənistan Respublikası tərəfindən törədilən genişmiqyaslı təxribatların, kiberinsidentlərin qarşısının alınması məqsədilə ölkəmizdə internetin verilişinə tətbiq edilmiş müvəqqəti məhdudiyyət, işğaldan azad olunmuş və keçmiş cəbhəyanı ərazilər istisna olmaqla aradan götürülüb.
Qaynarinfo xəbər verir ki, artıq internetə və sosial şəbəkələrə sərbəst giriş bərpa olunub.
Xatırladaq ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi 7 sentyabr 2020-ci il tarixindən ölkə üzrə internetin verilməsində məhdudiyyətlər tətbiq etmişdi.