Xəbər lenti

Azərbaycanda koronavirusa yoluxma yenidən kəskin artdı
Ölkə13:16 29.08.2020

Azərbaycanda koronavirusa yoluxma yenidən kəskin artdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 188 yeni yoluxma faktı qeydə alınıb, 115 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qaynarinfo-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 36 174 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 33 576 nəfər müalicə olunaraq sağalıb, 529 nəfər vəfat edib, aktiv xəstə sayı 2 069 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 384, ötən müddət ərzində isə ümumilikdə 910 890 test aparılıb.
Qeyd edək ki, ötən gün 142 yeni yoluxma faktı qeydə alınmış, 97 nəfər müalicə olunaraq sağalmış, 3 nəfər vəfat etmişdi.