
Mərkəzi Bank kredit faizlərinin aşağı salınması ilə bağlı özəl bankların rəhbərləri ilə danışıqlar aparır
Özəl bankların istehlakçılara təqdim etdiyi kredit faizlərinin aşağı salınması gözlənilir. Qaynar.info-nun xəbərinə görə, bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov ANS TV-yə açıqlamasında bildirib. Onun sözlərinə görə, Artıq bu istiqamətində Mərkəzi Bank özəl bankların rəhbərlikləri ilə danışıqlar aparır.
Bununla belə Mərkəzi Bankın sədri etiraf edir ki, faizləri inzibati şəkildə endirmək mümkün deyil. Mərkəzi Bank yalnız özəl banklara bununla bağlı tövsiyə verə bilər. Hər halda bu məsələdə istehlakçıların mövqeyinin də nəzərə alınacağı istisna olunmur.
Qaynar.info