Xəbər lenti

İdman 13:09 28.02.2023

Azərbaycanda məşhur məşqçinin futbolçu oğlu sürücülük hüququndan məhrum edilə bilər

Azərbaycan futbolunun tanınmış simalarından olan Şahin Diniyevin futbolçu oğlu Coşqun Diniyev məhkəməlik olub.

Qaynarinfo-nun məlumatına görə, o, İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinin tələblərini pozub. Coşqun Diniyevin avtomobilinə həbs qoyulub və iş məhkəməyə göndərilib. 

Bu maddədə qeyd olunur ki, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə - nəqliyyat vasitəsini idarə etmək hüququ 6 aydan 1 ilədək müddətə məhdudlaşdırılır.

İş baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilib, hakim Elnurə Rəcəbovanın icraatına verilib.

Şahin Diniyev Qaynarinfo-ya açıqlamasında bildirib ki, oğlu Coşqun Diniyevin adına olan avtomobildə cərimələr yığılıb və ödənilmədiyi üçün avtomobilə həbs qoyulub: 

"İki gün əvvəl bütün cərimələr ödənilib. Artıq protokol gəlib ki, avtomobilin üzərindən həbs götürülüb”. 

Qeyd edək ki, Coşqun Diniyev Azərbaycan Premyer Liqası təmsilçilərindən olan "Zirə”də çıxış edir.

Əhməd

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->