Xəbər lenti

Azərbaycanda otelləri ən çox qazanan rayonlar - Məbləğlər
Ekonomiks 19:02 12.11.2025

Azərbaycanda otelləri ən çox qazanan rayonlar - Məbləğlər

2025-ci ilin iyul-sentyabr aylarında ölkədə fəaliyyət göstərən mehmanxana (hotel) və mehmanxana tipli obyektlər 204 milyon 169,4 min manat gəlir əldə edib. 

Valyuta.az xəbər verir ki, hesabat dövründə bu müəssisələrin gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 1 308 min manat və ya 0,64% artaraq 202 milyon 861,4 min manat təşkil edib.

Bu məbləğin 133 min 162 manatı nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 52 min 834 manatı ictimai iaşə xidmətlərindən, 4 671 manatı müalicə və sağlamlıq xidmətlərindən, 11 756 manatı isə digər xidmətlərin göstərilməsindən əldə olunub.

Ən çox gəlir qazanan 119 milyon 507 min manatla Bakı şəhəri olub. 

Bakıdan sonra ən çox gəlir əldə edən rayonlar:

Qəbələ rayonu - 12 milyon 177,2 min manat 

Quba rayonu - 12 milyon 057,1 min manat 

Qusar rayonu - 11 milyon 263,8 min manat 

Naftalan şəhəri - 8 milyon 348,7 min manat 

Şamaxı rayonu - 3 milyon 881,4 min manat 

Şuşa rayonu - 3 milyon 159,6 min manat 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->