Xəbər lenti

Azərbaycanda oğul atanın qulağını kəsdi - Fotolar
Ölkə14:13 23.07.2015

Azərbaycanda oğul atanın qulağını kəsdi - Fotolar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Goranboy rayon, Ağamalıoğlu kənd sakini, 79 yaşlı Qələndər Şamiyev müxtəlif dərəcəli xəsarətlərlə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib. 

“Qafqazinfo” Kəpəz TV-yə istinadən xəbər verir ki, kənd sakininə qapalı kəllə-beyin travması, sol qulağın kəsilməsi, sağ qulağın zədələnməsi diaqnozu qoyulub. 

Həkimlərin müdaxiləsindən sonar yaşlı kişinin vəziyyəti orta-ağır kimi qiymətləndirilir. Qələndər Şamiyevin oğlu tərəfindən döyüldüyü bildirilir. Onun ruhi xəstə olduğu deyilir.

Goranboy rayon Polis Şöbəsi faktla bağlı araşdırma aparır.